JobCV karyera platforması haqqında bilmək istədiklərinizi tapın
Smart Match nədir?
Smart Match — CV Bank profilimizdəki bacarıqlarınızla aktiv vakansiyalar arasında açar söz əsaslı uyğunluq sistemidir. Tamamilə pulsuzdur və istənilən vaxt işlədilə bilər.
Sistem sizin bacarıqlarınızı (PHP, Excel, mühasibatlıq və s.) vakansiyaların tələbləri ilə müqayisə edir və 0–100% uyğunluq skoru verir.
AI Match nədir? Smart Match-dan fərqi nədir?
AI Match — OpenAI GPT-4o-mini texnologiyası ilə dərin analitik uyğunluq sistemidir. Smart Match-dan fərqli olaraq:
Təcrübəni, sahəni və konteksti nəzərə alır
Hər vakansiya üçün güclü tərəflər və çatışmazlıqlar göstərir
Azərbaycanca izahat verir
10 kredit tələb edir (PRO istifadəçilər üçün pulsuz)
CV Bank görünürlük rejimləri nədir?
CV Bank-a qatılarkən iki rejim seçə bilərsiniz:
Açıq (open) — adınız və əlaqə məlumatlarınız şirkətlərə görünə bilər (show_contact seçimi aktiv olduqda)
Anonim — yalnız bacarıqlar, şəhər, təcrübə il sayı görünür. Ad və email gizlədilir
Şirkətin sizi CV-nizdən görməsi üçün CV görüntüləmə limitindən istifadə edilir.
Kredit sistemi necə işləyir?
Kredit — bir sıra premium xidmətlər üçün ödəniş vahididir:
AI Match: 10 kredit
CV endirimi (PDF, Word): planınıza görə dəyişir
Kreditlər bilavasitə hesabınıza əlavə edilir. Kredit qalığınızı panelinizdəki "Kredit" bölməsindən izləyə bilərsiniz.
Shortlist — CV Bank-da bəyəndiyiniz namizədləri sonradan tapmaq üçün əlfəcin sistemidir. Shortlisted namizədlər Shortlist səhifəsindən idarə edilir.
Hər namizədə şəxsi qeyd əlavə edə, CSV-ə ixrac edə bilərsiniz.
Namizəd kontaktı (email) nə vaxt görünür?
Namizədin kontakt məlumatları yalnız aşağıdakı şərtlər ödənildikdə görünür:
Namizəd görünürlük rejimini Açıq seçib
Namizəd "Əlaqə məlumatını göstər" seçimini aktiv edib
Anonim rejimli namizədlərin heç bir kontakt məlumatı göstərilmir — bu sistem səviyyəsindədir.
Smart Match skoru necə hesablanır?
Smart Match — açar söz əsaslı uyğunluq metodudur:
Vakansiyada göstərdiyiniz bacarıqlar ilə namizədin CV bacarıqları müqayisə edilir
Uyğun bacarıq faizi 0–100% aralığında skor kimi verilir
Vakansiyada bacarıq göstərilməyibsə, skor təcrübə illərinə görə hesablanır
AI Match nəticələri şirkətin panelinə necə gəlir?
Namizəd AI Match işlədəndə, sizin vakansiyalarınız üçün yüksək skor (≥70%) aldıqda CV Bank-da həmin namizəd üçün AI skoru göstərilir. Bundan əlavə, tətbiq içi bildiriş alırsınız.
AI Match nəticələri namizədin smart match skoru ilə birgə CV Bank cədvəlinin sol tərəfindəki "AI" sütununda görünür.
Universitet staj proqramlarını Stajlar bölməsindən görə bilər. Tələbələr birbaşa platformadan staja müraciət edir. Universitet panelindən aktiv staj müraciətlərini izləmək mümkündür.
Həftəlik digest emaili nədir?
Həftəlik digest — universitetin admin istifadəçisinə hər həftə göndərilən fəaliyyət xülasəsi emailidir. Email içəriyi: